Tərtər rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib
Baş Prokurorluqdan virtualaz.org-a verilən məlumata görə, yanvarın 25-də saat 19 radələrində Tərtər-Goranboy avtomobil yolunun Tərtər rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində Goranboy rayonu, Yeni Yaşayış massivində yaşayan Zamanov Mahir Novruz oğlunun idarə etdiyi “VAZ 21015” markalı 26 BA 791 dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonunun Bəyimsarov kənd sakini Rüstəmov Ələsgər İxtiyar oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “YUMZ-6 AKL” markalı 04 K 135 dövlət qeydiyyat nişanlı traktorun qoşqusu ilə toqquşması, nəticədə M.Zamanovun xəstəxanaya aparılarkən aldığı bədən xəsarətlərindən yolda vəfat etməsi, Ə.Rüstəmovun isə hadisə yerindən qaçması faktına görə Tərtər Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış tədbirlər nəticəsində Ə.Rüstəmov tutularaq istintaqa cəlb edilib.
Ə.Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...