Aparıcı Elgiz Əkbərlə veriliş zamanı aralarında münaqişə yaşanan müğənni Lətifə Soyuöz yenidən “Səhər-səhər”ə qonaq olub
Axşam.az-ın məlumatına görə, Lətifə aparıcının dediyi “Bu nədi geyinmisən? Hər şey bayırdadı?” sözlərinin ona problem yaratdığını deyib:
“Bir neçə gündür ailəmlə birlikdə stress yaşadım. Anam, ailəm narahat oldu. Düşünürəm ki, artıq “Eurovision” keçirən ölkədə şortik, qısa geyim müzakirə edilməməlidir. Biz çox mentalitet söhbəti edirik. Şərhlərdə elə sözlər yazıblar ki... Gedib bizim musiqini müzakirə etsinlər ki, nə gündədir?
Ailəm geyimimi qınamır. Mənim stilim üzərində ən yaxşı modelyerlər çalışır”.
E.Əkbər bildirib ki, həmin an işlətdiyi sözlərə sonra özü də təəccüblənib:
“Onu saytlarda görəndə şok oldum. Düşündüm ki, necə deyə bilərəm? Səs-küyə səbəb oldu. Ananın əllərindən öpürəm. Bütün günü kanallarda nümayiş etdiririk dünya ulduzlarının geyimlərini. Bizim qızın da gözəl səsi, istedadı var. Anadan belə gözəl doğulub nə edək? Bu geyim ancaq səhnədə ola bilər. Bunlar artistdir, onlara olar. Amma çoxu səhnə ilə həyatı səhv salırlar. “Eurovision” keçirdik deyə, qısa geyinək? Bunla razı deyiləm. Bəziləri də televizorda görür, düşünür ki, çılpaq gəzmək olar".
MilliYol.Az
Digər xəbərlər
loading...