Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizəd irəli sürdüyü Armen Sarkisyan Moskvaya səfər edib
Virtualaz.org “Sputnik”ə istinadən bildirir ki, bu barədə A.Sarkisyanın media-qərargahı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində o, Rusiya Federasiyasındakı erməni diasporunun nümayəndələri ilə görüşəcək.
Həmçinin qeyd edilir ki, ən yaxın günlərə namizədin erməni icmasının digər təbəqələri ilə görüşləri də planlaşdırılıb.
Xatırladaq ki, 2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın 2-də parlamentdə prezident seçkisi keçiriləcək.
Onu da qeyd edək ki, indiki prezident Serj Sarqsyanın səlahiyyət müddəti aprelin 9-da başa çatır.
MilliYol.Az
Digər xəbərlər
loading...