Cəbrayıl Cəbrayılovun “biznesi” barədə məlumatları patronuna çatdıran həmkarı da oxşar ittihamlarla qarşılaşıb. Cəbrayılov da qarşı tərəfi, yəni digər müavin Səməd Nəbiyevi patronunu aldatmaqda və gizli şəkildə paytaxtın müxtəlif rayonlarında obyektlər almaqda ittiham edib
Obyektiv.info xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun iki yaxın adamı, eyni zamanda müavinləri arasında uzun müddətdir ki, ciddi narazılıq yaranıb
Məsələ ilə bağlı saytımızı bilgiləndirən qaynağın iddiasına görə, Mikayıl İsmayılovun SOCAR-ı “Neftçi” klubunda təmsil edən müavini Cəbrayıl Cəbrayılovla onun tikinti işlərini həyata keçirən Səməd Nəbiyev adlı şəxs arasında problem yaranıb. Tərəflər bir-birini vitse-prezidenti aldadadarq oğurluq etməkdə, fırıldaqda, SOCAR-ın hesabına qeyri-qanuni varlanmaqda ittiham edirlər.
Səməd Nəbiyevin iddiasına görə, Cəbrayıl Cəbrayılov vitse-prezidentin tikdirdiyi binalardakı bir çox mənzilləri guya özü və yaxınlarına almaq adı ilə çox ucuz qiymətə əldə edib və sonra həmin mənzilləri lüks şəraitdə təmir etdirməklə dəfələrlə baha qiymətə satıb. Yəni Mikayıl müəllimin etibarından istifadə edərək asan yolla qazanc əldə edib.
Məlumata görə, Cəbrayıl Cəbrayılovun “biznesi” barədə məlumatları patronuna çatdıran həmkarı da oxşar ittihamlarla qarşılaşıb. Cəbrayılov da qarşı tərəfi, yəni digər müavin Səməd Nəbiyevi patronunu aldatmaqda və gizli şəkildə paytaxtın müxtəlif rayonlarında obyektlər almaqda ittiham edib. Lakin Səməd Nəbiyev Cəbrayıl Cəbrayılovun bu ittihamlarını qəbul etməyərək onun Mikayıl İsmayılova müxtəlif vasitələrlə pul “atdığı” iddiasında bulunub. Bundan başqa, əlavə edib ki, Mikayıl müəllimin etimadından sui-istifadə edən Cəbrayılov yaxın qohumlarını nəzarət etdiyi sektorlarda müxtəlif vəzifələrə təyin edərək bu vasitə ilə də külli miqdarda vəsait əldə edir. Məsələn, onun bacısı oğlu uzun müddət “Neftçi” klubunun maliyyələşməsinə məsul olub və xarici səfərlər, təsərrüfat xərcləri, qonaqların qarşılanması, təmir və s. adlar altında xərclənən vəsaitlərin bir qismi dayı-bacıoğlu tərəfindən mənimsənilib.
Məlumata görə, SOCAR-ın vitse-prezidenti ən yaxın iki adamı arasında yaranmış mübahisəni ciddi-cəhdlə gizlətməyə çalışır. Çünki ittihamlar ictiimailəşərsə, bundan SOCAR prezidenti, hətta ölkə başçısı xəbər tutarsa, Mikayıl İsmayılov üçün ciddi problemlər yarana bilər. Çünki istər-istəməz belə iddia dolu suala əsas yaranar ki, müavinləri bu qədər mülk və kapital sahibidirsə, görün, vitse-prezidentin özünün qazancı və varidatı nə qədərdir?
MilliYol.Az
Digər xəbərlər
loading...