Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması son illərdir aparılan şayiələrə son qoydu
Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Politoloq bildirib ki, İlham Əliyevin prezident olacağına qərar verməsinin 3 önəmli səbəbi var:
“Birincisi, dövlət başçısı strateji baxımdan doğru qərar verdi, bu qərarını çox uzada bilməzdi. Çünki “hakimiyyətin namizədi kim olacaq” sualı ətrafındakı qeyri-müəyyənlik hakimiyyət içində gərəksiz müzakirələrə səbəb olur, qruplararası fikir ixtilafını dərinləşdirirdi. İlham Əliyevin qərarı bu qrupları rahatlaşdırdı və onlar bu qərara uyğun fəaliyyətlərinə davam edəcəklər. Hakimiyyətin monolitliyi qorundu. Ancaq prezident həm seçkidən əvvəl, həm də sonra hakimiyyətdəki fiqurları dəyişməkdə davam edəcək.
İkincisi, Prezident İlham Əliyev böyük iqtisadi, enerji və nəqliyyat layihələrin başlanğıcını qoyub və onların reallaşmasını, o cümlədən gəlir gətirən dövrünə özü şahidlik etmək istəyir. Bu layihələrin icrası həm Azərbaycanın gəlirlərini artıracaq, həm insanların sosial və iqtisadi problemlərinin həllini sürətləndirəcək, həm də Azərbaycanın bölgədəki nüfuzunu yüksəldəcək. Ancaq bütün bunlar 3-5 il ərzində baş verəcək. Ona görə də həmin dövrə İlham Əliyev özü ölkəyə rəhbərlik etmək istəyir ki, bu, onun nüfuzunun daha da artmasına şərait yaradacaq.
Üçüncüsü, Azərbaycanda maraqları olan bır sıra ölkələr də ölkəmizdəki seçkiqabağı vəziyyəti təhlil edir, “kimə stavka edək” kimi təhlükəli oyunlara baş vurmaq ərəfəsində idilər. Prezident Yeni Azərbaycan Partiyasının qurultayını gözləməyərək öz qərarını elan etməklə ölkəni xarici təhlükələrdən də qorudu”.
MilliYol.Az
Digər xəbərlər
loading...