Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçiriləcək
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər görüşdə Ukraynanın şərqində və Qafqazda mövcud vəziyyət, Cənubi Qafqazda təhlükəsizlik məsələləri üzrə Cenevrə müzakirələrində irəliləyişlər, eləcə də Rusiya-İtaliya münasibətlərini müzakirə edəcəklər.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı ATƏT-in 2018-ci ilə dair fəaliyyət planı əsas müzakirə mövzusu olacaq.
Diplomatların Dnestryanı və Dağlıq Qarabağ münaqişələrini də müzakirə edəcəyi bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...