Mərkəzi Banka yeni səlahiyyət verilib. MilliYol.Az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.
İndiyə qədər kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı, ötürülməsi, klirinqi emitent, yerli kart təşkilatı və ya beynəlxalq kart təşkilatları (“VISA INC.”, “MasterCard Incorporated”, “UnionPay International”, “American Express Company”, “DISCOVER FINANCIAL SERVICES”, “JCB Co., Ltd.”) tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən, bundan sonra kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında xidmət mərkəzləri arasında məlumatların ötürülməsi, emalı və klirinqi, həmçinin bu əməliyyatlar üzrə banklar arasında yekun hesablaşmaların aparılması Mərkəzi Bankı tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na dəyişiklik Mərkəzi Bank tərəfindən Kart Ödənişləri üzrə Milli Şəbəkənin yaradılması ilə bağlıdır. Kart Ödənişləri üzrə Milli Şəbəkə çərçivəsində prosessinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturları arasında interfeys yaradılıb və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçiriləcək. Bu, ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması, nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
MilliYol.Az
Digər xəbərlər
loading...