“ABŞ-ın suveren hüququ əleyhinə çıxdılar”
ABŞ prezidenti Donlad Tramp Konqresdə illik fəaliyyətlə bağlı çıxışı zamanı BMT-də Qüdslə bağlı səsvermədə iştirak edən dövlətləri Amerikanın suveren hüquqlarına hörmətsizlikdə ittiham edib.
Strateq.az bildirir ki, Tramp çıxışında BMT-dəki səsvermənin nəticələrini dolayısı ilə tənqid edib: “Ötən ay mən Yerusəlimi (Qüdsü -red) İsrailin paytaxtı kimi tanımışam. Bu, Senat tərəfindən yekdilliklə dəstəklənib. Bundan sonra onlarla dövlət BMT-nin Baş Assambleyasında Amerikanın suveren hüququ əleyhinə çıxaraq səs verdilər. Halbuki, Amerika vergi ödəyiciləri həmin ölkələrə səxavətlə milyardlarla dollar kömək göndərirlər”.
Prezident Tramp Konqresi bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb: “Mən konqresmenlərdən xahiş edirəm ki, bununla bağlı müvafiq qanun qəbul etsinlər. Qoy xarici kömək kimi ayrılan həmin dollarlar həmişə ABŞ-ın maraqlarına xidmət etsin və yalnız Amerikanın dostlarına göndərilsin”.
Trampın sözlərinə görə, ABŞ bütün dünyada dostluq münasibətlərini möhkəmləndirərkən bu həmçinin onların rəqiblərlə olan münasibətlərinə də aydınlıq gətirir.
Digər xəbərlər
loading...