Ukrayna hərbi sənayesinin inkişafı Azərbaycanın da marağındadır
Axar.az xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli qeyd edib.
“Əvvəla, Rusiyanın istehsal etdiyi bəzi silahları Ukrayna da istehsal edir və biz bəzi silahları dost Ukraynadan bu silahları ala bilərik.
İkincisi, Ukrayna alternativ bazardır və mənbələrin diversifikasiyası bütün sektorlarda, o cümlədən silahlanma kimi strateji əhəmiyyətli sahədə çox vacibdir. Ukraynanın tədricən bu sahədə Rusiyaya rəqib olması qiymətlərin aşağı düşməsi baxımından da məqsədəuyğundur.
Üçüncüsü, Ukrayna Rusiya ilə müqayisədə bizim üçün daha etibarlı tərəfdaşdır”, - politoloq qeyd edib.
Qeyd edək ki, Ukrayna özünün hazırladığı qanadlı raketin ilk sınağını keçirib. Raket qurudakı və dənizdəki hədəfləri açıq şəkildə məhv etmək qabiliyyətinə malikdir.
Digər xəbərlər
loading...