Rusiya prezidenti Vladimir Putin ölkənin 2018-ci il Olimpiya Oyunları ərəfəsində idmançıların dopinq qalmaqalında maraqlarını qoruya bilmədiyi üçün onlardan üzr istəyib
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Rusiya lideri bu barədə Phençan Olimpiadasının rusiyalı idmançı-iştirakçıları ilə görüşdə deyib.
“Sizi qoruya bilmədiyimiz üçün bizi bağışlayın”, - Putin deyib.
O qeyd edib ki, Rusiya həmişə təmiz idmanın tərəfdarı olub.
Putin həmçinin Olimpiya Oyunlarına yollanan rusiyalı idmançılara uğurlar arzulayıb.
“Mən sizə arzu edirəm ki, heç nəyi fikirləşmədən yalnız idman mübarizəsinə diqqətinizi yönəldəsiz. Sizi sevən və qələbənizə inanan minlərlə insan, milyonlarla azarkeş Oyunları izləyəcək”.
Digər xəbərlər
loading...