Müğənni Nazəninin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb
Axşam.az-ın məlumatına görə, proqramın qonağı xalq artisti Səməd Səmədov olub. Müğənni son günlər məclislərə az dəvət olunmaqdan gileylənib:
"Bu sözü bir müğənni işlədə bilməz. Məni el şənliklərinə ona görə dəvət eləmirlər ki, yaxşı müğənniyəm. Məndən də qat-qat yaxşı oxuyan müğənnilərimiz var. Məni verilişlərə ona görə dəvət edirlər ki, mən sadəyəm. Dəvət aldığım verilişlərə, tədbirlərə yarım saat tez gəlirəm. Bundan başqa gərək insanın ürəyi təmiz olsun. Mənə deyirlər ki, gör neçə yaşınız var, amma hələ cavan qalmısınız. Mən də cavab olaraq deyirəm ki, qurdlu insan tez qocalır. Rəhmətlik İlhamə Quliyeva deyirdi ki, kimin arxasınca çox danışırlarsa, demək o insan yaşayır. Deməli, həmin insan populyardır, dəbdədir".
MilliYol.Az
Digər xəbərlər
loading...