Ötən ay Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən, bundan bir qədər sonra isə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Texniki siyasət şöbəsinin müdir müavini təyin edilən Mübariz Ağayevlə bağlı maraqlı məlumatlar əldə etmişdik. Məsələ burasındadır ki, icra başçısı postundan kənarlaşdırıldıqdan sonra onun kənd təsərrüfatı nazirinin müavini təyin edildiyi xəbəri yayılmışdı.
Amma sonradan nazirlik rəsmisi KİV-ə açıqlamasında onlarda belə məlumatın olmadığını bildirmişdi. Bunun ardınca Mübariz Ağayev saytlardan birinə açıqlamasında bildirmişdi ki, o, öz istəyi ilə işimdən uzaqlaşdırılıb: “Cənab Prezidentdən xahiş etdim ki, məni vəzifəmdən azad etsin. Səhhətimdə problemlər var. Üç gün sonra Berlinə gedirəm, əməliyyat olunacam. Allah cənab Prezidentin canını sağ eləsin, məni başa düşdü və dedi ki, get müalicə olun, sən bizə sağlam lazımsan. Üç dəfə Almaniyada əməliyyat olunmuşam. Hər dəfə gedəndə rayon qalırdı sahibsiz, belə olmazdı. Əməliyyat olunub qayıdım, İnsallah hər şey yaxşı olar”.
Maraqlıdır ki, səhhətinə görə vəzifədən getdiyini deyən Ağayev, qısa müddət sonra yeni posta, üstəlik, əvvəlki görəvindən xeyli aşağı vəzifəyə təyinat almağa razılaşır.
Elə "Qaynarinfo.Az"a daxil olan məlumatda da bu müəmmalı məqama aydınlıq gətirilir. Bildirilir ki, əslində M.Ağayev doğrudan da kənd təsərrüfatı nazirinin müavini təyin edilibmiş: “Elə onun icra başçılığından getməsində də müavin təyinatının gerçəkləşməsindən heç bir şübhəsinin olmaması əsas rol oynayıb. Bunun üçün xeyli “tər” tökən Ağayev son anda arzuedilməz vəziyyətə düşüb. Məlum olub ki, onun nazir müavinliyi işi hələlik alınmır”.
İddiaya görə, onun məhgz kənd təsərrüfatı nazirinin müavini təyin edilməsi planı da təsadüfi olmayıb. Mübariz Ağayev nəqliyyat naziri Ziya Məmmədova yaxın kadrdır. Göyçaya da məhz onun xalasıoğlunun yerinə icra başçısı gətirilmişdi. Nəqliyyat naziri ilə kənd təsərrüfatı naziri Heydər Əsədov isə qudadırlar. Məhz bu səbəbdən də Mübariz Ağayevə Kənd Təsərrüfatı Nazirliyində yüksək post vəd olunub. Amma bu barədə məlumatın KİV-ə erkən sızması və vaxtından əvvəl ictimailəşməsi planı pozub. İstisna deyil ki, bunu da sabiq icra başçısının nazir müavinliyinə gətirilməsini istəməyən çevrələr bilərəkdən ediblər.
Bəs M. Ağayev KTN-də icra başçısı postundan qat-qat aşağı vəzifəyə təyin edilməyə niyə razılaşıb? Deyilənə görə, ona bu vəzifənin müvəqqəti verildiyi, müəyyən müddətdən sonra, uyğun şərait yetişidikdə yüksək posta gətiriləcəyi deyilib.
MilliYol.Az
Digər xəbərlər
loading...