«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ilk dəfə Konqresə müraciət edib
Prezidentin nitqi 1 saat 24 dəqiqə çəkib. Bu müddət ərzində o, Rusiyanın adını tək bircə dəfə çəkib.
«Bütün dünyada öz əvvəlki mövqeyini itirmiş rejimlərlə, terrorçu qruplarla, Çin və Rusiya kimi rəqiblərlə qarşılaşırıq. Onlar bizim maraqlarımızı, bizim iqtisadiyyatımızı və bizim dəyərlərimizi hədələyirlər. Bu dəhşətli təhdidlərlə qarşılaşarkən, biz bilirik ki, zəiflik – münaqişəyə aparan birbaşa cığırdır, tayı-bərabəri olmayan güc isə bizim müdafiəmizin ən doğru üsuludur» – deyə, ABŞ lideri bəyan edib.
Tramp, Konqresi mudafiə büdcəsini «qayçılamağı» dayandırmağa və ABŞ silahlı qüvvələrini tam halında maliyyələşdiriməyə, eyni zamanda nüvə arsenalını moderləşdirməyə və yenidən qurmağa çağırıb. Budan savayı Tramp Rusiyanı xatırlatmayıb. Şimali Koreya haqqında isə deyib ki, Pxenyan ABŞ-ın təhlükəsizliyini gerçəkdən hədələyir.
Prezidentin nitqi əsasən, daxili siyasətə həsr olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...