Azərbaycan gömrüyündə tətbiq edilən yeni sistemdə həm gömrükçülər, həm də sahibkarlar karlı çıxır və əsasən qaçaqmalçılıq çiçəklənir
Və bu sistem gömrüyün ASAN-laşması üçün də problem yaratmır.
Bir müddət əvvəl ölkə mətbuatında “Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri ilə qalmaqallı insident yaşanması ilə bağlı məlumat dərc olunmuşdu.
Xatırladaq ki, həmin məlumatda bildirilirdi ki, “Broker Əbülfəz” kimi tanınan bu iş adamı şərikli iş gördüyü oliqarxlardan biri tərəfdən döyulub. Buna səbəb kimi Əbülfəz Məlikov və adamlarının hesablaşmalarda həmin oliqarxa böyük məbləğdə pul atması göstərilirdi. Belə ki, ölkənin idxal olunan məhsulları üzərində monopoliya qurmuş “Broker Əbülfəz” şərikli işlədiyi adamı uzun zaman ərzində aldadıbmış. Məsələnin üstü açılandan sonra Əbülfəz Məlikova mənimsədiyi vəsaiti qısa müddət ərzində geri qaytarmaq tələb olunub. Amma “monopoliya naziri” bu tələbə əhəmiyyət verməyib. Nəticədə tərəflər arasında baş tutan hesablaşmada Əbülfəz Məlikov və adamları döyülüb və ondan tələb edilib ki, ən qısa zamanda borcunu bağlasın.
Baş vermiş insidentlə bağlı AzMedia.info-ya daxil olan məlumata görə Əbülfəz Məlikovun insident yaşadığı şəxs bu gün Azərbaycan gömrüyündə onu əvəz edən Şamil Heydərovdur. Şamil Heydərovun kimliyinə gəlincə, mənbə AzMedia.info-ya bildirib ki, “Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirib və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr. Hazırda isə Şamil Heydərov Azərbaycanın gömrük sistemində külli-ixiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz.
Şamil Heydərov bütün gömrük sistemindən Əbülfəz Məlikovu vurub çıxarıb və ikili arasında ciddi problem yaşanmaqdadır. Monopoliyaya aid malların digər sahibkarlar tərəfindən ölkəyə gətirilməsinin qarşısının alınmasına da məhz Şamil Heydərov rəhbərlik edir.
Şamil Heydərovun Azərbaycan gömrüyündə tətbiq etdiyi yeni sistem isə həm məmurlara, həm də sahibkarlara sərf edir. Çünki yeni sistemdən həm Şaml Heydərov, həm də sahibkarlar karlı çıxır və əsasən qaçaqmalçılıq əiçəklənir. Yəni ölkə büdcəsinə ciddi ziyan vurulur və büdcədən gizlədilən pullar həm sahibkarların, həm də Şamil Heydərovun adamlarının və gömrük işçilərinin gibinə gedir. Ən əsası isə bu sistem gömrüyün ASAN-laşması üçün də problem yaratmır.
Qeyd edək ki, gömrükdə tətbiq olunan və Şamil Heydərovun birbaşa rəhbərlik etdiyi yeni sistem haqqında növbəti yazımızda ətraflı məlumat verəcəyik.
MilliYol.Az
Digər xəbərlər
loading...