"Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti üç istiqamətdə həyata keçiriləcək"
“APA-Economics” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarətini həyata keçirəcək.
"Eyni zamanda, agentlik qida təhlükəsizliyi sahəsində risklərin idarə olunması, hazır qida məhsullarının sertifikatlaşdırılması və qeydiyyata alınması istiqamətində fəaliyyət göstərəcək. Təftiş və yoxlamaların həyata keçirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində maneçilik törədən yoxlama olmayacaq. Bu yoxlama və təftiş sahibkarlıq subyektlərinə yardım və dəstək formatında həyata keçiriləcək. Bizim agentliyin həm Bakıda, həm regionlarda bölmələri fəaliyyətə başlayacaq. Əməkdaşlarımız qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq normaları, beynəlxalq standartları təşviq və təbliğ edəcək", - deyə Q.Təhməzli vurğulayıb.
O əlavə edib ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı təlim mərkəzləri yaradılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...