Şikyətçilər qeyd edirlər ki, artıq bıçaq sümüyə dayanıb çünki ya onlar ayda 200 manat Azər Səfərova verməlidirlər, ya da ailəri ac-yalavac qalmalıdır
Neftçala rayonunda balıqçılar ağır şəraitdə yaşamalarından və evlərinə çörək apara bilməmələrindən şikayət edirlər. Bir neçə Neftçala sakinin MilliYol-a etdiyi müraciətdə bildirilir ki, onlar Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərovun birbaşa şantaj və terroru ilə üz-üzə qalıblar. Balıqçıların iddiasına görə Azər Səfərov Kürdə və kanalda icazəli balıq ovu ilə məşğul olmalarına baxmayaraq, Azər Səfərov orlardan 200 manat tələb edir:
“Bizim başqa yerdən gəlir əldə etmək imkanımız yoxdur. Hamı bilir ki, Neftçala da həyat səviyyəsi də çox aşağıdır. İş yerləri isə demək olar ki, yoxdur.Ona görə də balıq ovlayıb ailələrimizi dolandırmağa çalışırıq. Lakin Neftçala Su Nəqliyyat polis idarəsinin rəisi Azər Cəfərov bizim ailərimizə, uşaqlarımıza çöörək pulu aparmağımıza imkan vermir”, deyə şikayətçilər MilliYol-a bildiriblər.
Şikyətçilər onu da qeyd edirlər ki, artıq bıçaq sümüyə dayanıb çünki ya onlar ayda 200 manat Azər Səfərova verməlidirlər, ya da ailəri ac-yalavac qalmalıdır. Bildirilir ki, Azər Səfərovun “pul yığan əli” olan Anar Babayev onları açıq şəkildə terror edir. Bu isə artıq dözülməz hal yaranıb. Bu məsələ ilə bağlı Neftçalada hər gün hansısa bir hadisə baş verir. Balıqçılardan kim aylıq pul vermirsə həmən adam döyülür, söyülür və həbslə hədələnir.
Qeyd edək ki, bir neçə gün əvvəl dövrü mətbuatda Nəqliyyatda Baş Polis İdarəsinin Su nəqliyyatında polis idarəsinin Neftçala şöbəsinin rəisi Azər Cəfərov və onun işçisi Anar Babayevin Neftçala rayon Kürqarabucaq kənd sakini Əhmədağa adlı vətəndaşı öz evinin yaxınlarında Kür çayından balıq ovlayarkan tutaraq zorla öz mülki (niva) maşınlarına basıb aparıblar. Rəis Azər Cəfərov balıqçıdan 200 manat məbləğində pul tələb edib. Onunla razılaşmayan rayon sakini Əhmədağa adlı vətəndaşı zorla maşına basıb Bakı şəhərinə yola çıxıblar. Lakin maşını idarə edən Anar Babayev sürət həddini aşaraq maşını çevirib, nəticədə Anar Babayev və Əhmədağa adlı vətəndaş ağır yaralanıb.
MilliYol.az
Digər xəbərlər
loading...