Türkiyədə iyulun 15-dən 16-na keçən gecə baş verən dövlət çevrilişinə cəhdin bir nömrəli isimi Akın Öztürk ötən il Bakıda olub.
2015-ci ilin martında Azərbaycan Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı kimi Azərbaycan paytaxtına gələn Öztürk, önbcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Türk şəhidliyinin xatirə dəftərinə "Aziz şehitlerimiz, bizler milletin iki kardeş devleti olan Türkiye ve Azerbaycan yürekleri bir atan fertleri olarak attığımız her adımda, Azerbaycan ve Türkiye semalarında icra ettiğimiz her faaliyette, aynı heyecanı ve samimi kardeşlik duygularını içimizde hissediyoruz. Dün olduğu gibi bugünde siz şehitlerimizin huzurunda kederini kederimiz, sevincini sevincimiz bildiğimiz, Azerbaycan’da olmanın gururu içerisinde milletimin, Tüm şehitlerini rahmetle ve minnet ile anıyor, aziz hatıranız önünde saygı ile eğiliyorum. Ruhlarınız şad olsun" yazan Öztürk Bakıda 3 gün qalıb və bir çox rəsmi təmaslar həyata keçirib.
Xatırladaq ki, Türkiyədə hərbi çevrilişə cəhdin əsas rəhbəri hesab edilən Türkiyə Hərbi Hava Qüvvələrinin eks-komandanı general Akın Öztürkün istintaqa verdiyi ifadədə ona qarşı irəli sürülən bütün iddiaları rədd edib. O, çevrilişə qatılmadığını, əksinə bunu önləməyə çalışdığını deyib: "Mən təcrübələrimə əsasən, bu hərbi çevriliş təşəbbüsünün paralel quruluşun həyata keçirdiyini düşünürəm, ancaq bu işi Türkiyə Silahlı Qüvvələrinin tərkibində kimin təşkil etdiyini bilmirəm. Hərbi çevrilişə cəhd gücsüz bir Türkiyə istəyən xarici missiyaların işi ola bilər. Pensilvaniyadakı şəxsin əmr verib, bu işi həyata keçirə biləcək gücü yoxdur. Bu işdə paralel quruluş istifadə edilə bilər. General Xubilay Səlcuq və general Məhməd Dişlinin bu hərbi çevrilişi nədən həyata keçirmək istədiklərini geniş öyrənə bilmədim. Bunun hansı məqsədlə törədildiyini bilmirəm".
Dövlət çevrilişinə cəhddən sonra Öztürkün qulağının kəsildiyinə dair iddialar da yayılıb. Bu iddiaların ortaya çıxmasına onun qulağının sarıqlı vəziyyətdə olduğu fotoları səbəb olub.
Akın Öztürkün ötən il Bakıya rəsmi səfərindən çəkilən fotoları təqdim edirik.(qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...