"Tbilisi metrosunun "Varketili” stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur”
Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin 3-cü katibi Samirə Ağayeva deyib.
"Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb”, – deyə S.Ağayeva əlavə edib.
Qeyd edək ki, Tbilisi metrosunun "Varketili” stansiyasında bu gün səhər saatlarında tavanın uçması nəticəsində 14 nəfər xəsarət alıb. (apa)
Digər xəbərlər
loading...