“Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatının başladığı gündən Türkiyə Silahlı Qüvvələri beş hərbçi itirib”
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.
Nazir əlavə edib ki, əməliyyatlar zamanı müxalif “Azad Suriya Ordusu”nun 24 üzvü həlak olub.
“Bu günə qədər beşi Türkiyə Silahlı Qüvvələrindən, 24-ü isə ASO-çu olmaqla, 29 şəhidimiz var”, - deyə müdafiə naziri bildirib.
Qeyd edək ki, son sutka ərzində Afrində iki kənd terrorçulardan azad edilib. Ümumilikdə, yanvarın 20-dən bugünədək 649 terrorçu və 458 hədəf məhv edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.
Digər xəbərlər
loading...