Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyat davam edir
Lent.az Habertürk-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu gün əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayının 649-a çatdığını bəyan edib. Bundan başqa Afrin şəhərinin şimalındakı təpədə terrorçulara məxsus siqnal ötürücü qurğusunun olduğu təsbit edilib və hədəf məhv edilib.
Türkiyə Silahlı Qüvvələrinin açıqladığı məlumatda qeyd edilib ki, Afrina havadan ərəb, kürd və türk dillərində bildiriş kağızları atılıb. Həmin bildirişlərdə əhalinin təşviş keçirməməsi, bölgədəki terrorçulara qarşı qüvvələrin birləşdirilməsinin vacibliyi bildirilib və “Afrin afrinlilərindir” sözləri yazılıb.
Digər xəbərlər
loading...