Yaponiyaya məxsus birgə müəssisə ilk dəfə olaraq miniatür süni peyklər üçün özəl buraxılış meydançası inşa etmək barədə planını açıqlayıb
Azərtac NHK telekanalına istinadla xəbər verir ki, “Canon Electronics” və “IHI Aerospace” şirkətlərinin də daxil olduğu dördlük yeni layihəni 2021-ci ilədək tamamlamağı planlaşdırır.
“Canon Electronics” şirkətinin nümayəndəsinin bildirdiyinə görə, meydançanın ya Yaponiyada, ya da başqa münasib bir ölkədə inşası ilə bağlı araşdırmalara başlanıb.
Hazırda Yaponiyada ölkənin cənub-qərbindəki Kaqoşima prefekturasında yerləşən iki buraxılış meydançası var. Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi həmin meydançaların operatorudur.
MilliYol.Az
Digər xəbərlər
loading...