Böyük Britaniyanın “The Times” qəzetinin müxbiri Metyu Kempbel bir vaxtlar Rusiya sənayesinin ürəyi sayılan Çelyabinsk vilayətində olub
Gördüyü kasıblıq, üfunət və fəlakət mənzərələrindən dəhşətə gələn müxbir buranı təsvir etmək üçün “Qiyaməti yaşayan”, “Sınımış uşaq arabası”, “Cüzi ərzaq qırıntıları” kimi ifadələrdən çəkinməyib.
“Bu yerlərə baxdığımız zaman Putinin təmtəraqla bəyan etdiyi kimi “dizləri üstə qalxan”, Böyük Britaniyanın silahlı qüvvələrinin baş qərargah rəisi Nik Karter tərəfindən “soyuq müharibədən bu yana ən böyük təhdid” kimi təqdim edilən dövlətdən danışmaq olduqca çətindir.
Belə kasıblıq və miskinlik Putinin 2 ay sonra iştirak edəcəyi prezident seçkiləri öncəsi dünyaya göstərmək istədiyi vəziyyət deyil”, -Kempbel yazır.
Jurnalist 65 yaşlı keçmiş DTK-çının qələbəsinə heç bir şübhə qalmadığı və onun bu gedişatla Stalindən sonra taxtda qalan ən uzunömürlü lider olacağını vurğulayıb.
Yazıda Rusiyada hökm sürən real iqtisadi və sosial situasiyanın təxmin olunandan daha ağır olduğu qeyd edilir.
“Yoxsulluq artıq Putinin həddən artıq varlanmış siyasi elitasının oyun meydanlarını da eybəcərləşdirib. Rusiya prezidentinin siyasi karyerasını başladığı, ölkənin ikinci böyük şəhəri Sankt-Peterburqda 600 min insan sovet dövründən qalma kommunal evlərdə yaşayır.
Lakin ölkənin dərinliklərində yerləşən əyalətlərin çöküşü daha böyük miqyasda davam edir. Köhnə Rusiyanın minlərlə kiçik kəndlərdən ibarət torpaqları sürətlə boşalır. Əhali ildən-ilə qocalır və məhv olmağa məhkumudr. Bir zamanlar çiçəklənən sənaye bölgələri xaraba və kabus şəhərlərə dönüb.
Belə mənzərələri mən ancaq Afrikanın qərbində və Latın Amerikasında vətəndaş müharibəsindən sonra görmüşəm”, - Kempbel yazısında bildirir.
“Rusiyanı qarlı Afrika da adlandırmaq olar”, - jurnalistin dostu, onunla birlikdə şərqə səfər edən rejissor Andrey Konçalovski danışıb.
Kembelin danışdırdığı 58 yaşlı təqaüdçü Tanya Kudryavtseva Çelyabinsk yaxınlığında Roza qəsəbəsində, iki oğlu və anasının üstünə atıb getdiyi 4 yaşlı nəvəsi ilə yaşayır. Bu qadının nə oğullarını, nə də nəvəsini dolandıracaq gücü yoxdur. Amma o, martın 18-də Vladimir Putinə səs verəcəyini söyləyir. “Başqa kim var ki... O, bizə əvvəllər yaxşı həyat vermişdi. Sadəcə, ətrafı pisdir”, - Kudryavsteva məqalə müəllifinə söyləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...