“Müğənni olmazdan əvvəl satıcı, ofisiant, makler işləmişik”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova “Hər şey daxil” verilişində deyib.
Əkizlər sosial şəbəkədə onların ünvanına deyilən "Satıcı idilər, indi nə olublar" sözlərinə cavab veriblər. Bacılar bildiriblər ki, sosial şəbəkədə onlara tez-tez belə sözlər yazırlar:
“Moskvada konsertdən sonra oturub şərhləri oxuyurduq. Bir cavan oğlan yazmışdı ki, bunlar da adam oldular. Vaxtında satıcı işləyirdilər, indi Moskvada "Limuzin"lə qarşılanırlar. Əcəb edirik, beş də artıq, sizə nə? Əslində sən oğlansan, bu sözlər sənə yaraşmaz. Sənin yerində olsam, yəni kişi olsaydım, 24 saat işləyərdim. İndi mənim yaşadığım şəraitdən yaxşı yaşayardım və bu gün heç kimin fotosuna həmin sözləri yazmazdım”.
MilliYol.Az
Digər xəbərlər
loading...