Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır
İndiyədək “Şahdəniz” yatağından təxminən 88,5 mlrd. kubmetr qaz, təqribən 22 mln. ton kondensat çıxarılıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci ildə yanacaq-energetika kompleksində fəaliyyətə dair hesabatda qeyd olunub.
Sənəddə bildirilib ki, Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında tərəfdaşlarla müzakirələr aparıb və “Neftçilər günü” ərəfəsində AÇG layihəsi üzrə sazişin uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanıb.
Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları həcmində bonus ödəniləcəyi müəyyənləşib: "Növbəti 32 il müddətində AÇG-yə 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. SOCAR-ın AÇG şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% olacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...