“Qərar verəndə Afrinə əvvəlcə mən sonra siz gedəcəksiniz”
“Report” xəbər verir ki, bunu Türkiyə prezdenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan patiyasının parlamentdəki fraksiyasının genişləndirlmiş toplantısında zalda əyləşənlərin “Rəis, bizi Afrinə apar” şüarına cavab verərəkən bildirib.
O, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata da toxunub: “Azad Suriya Ordusunun “Fərat Qalxanı” əməliyyatında qəhrəmancasına döyüşdüyünün şahidi olduq. Orada 614 şəhid veriblər. “Zeytun budağı” əməliyyatında Azad Suriya Ordusunun 16 döyüşçüsü şəhid olub, 100-ə yaxını yaralanıb. Buna baxmayaraq mübarizələrini qəhrəmancasına davamn etdirməkdədirlər. Afrində indiyədək 649 terrorçunu zərəsizləşdirmişik”.
Türkiyə prezidenti deyib ki, Azad Suriya Ordusu terrorçu təşkilat deyil.
“Cümhurriyyət Xalq Partiyasının ən əhəmiyyətli xüsusiyyəti Qazi Mustafa Kamal Atatürkün adını istismar etməkdir. Çünki başqa sərmayələri qalmayıb”, – deyə Ərdoğan ölkənin əsas müxalifət partiyasını terrorçularla eyni sırada durmaqda ittiham edib.
MilliYol.Az
Digər xəbərlər
loading...