“Bəziləri iddia edirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Yardım etmək bu qədər qəbahətdir?”
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O qeyd edib ki, ölkədə media siyasətinin iflasa uğraması haqqında fikirlər illərdir milyonlarla pul xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin iddialarına əsaslanır.
Ə.Həsənovun sözlərinə görə, bəzi dairələr illərdir qrant vermək adı ilə media nümayəndələrini öz təsirinə salaraq dövlətçiliyə, milli maraqlara qarşı istifadə etməyə çalışıblar: “Qrant mediasının dırnaqarası dəyərli nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq həmin ölkələrin parlamentləri qarşısında NoTAP aksiyası keçirmək istəyirlər. Budur qrant siyasətini həyata keçirənlərin Azərbaycan jurnalistlərindən hazırladıqları vətəndaş və ya jurnalistlər. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq dövlətçiliyə qarşı istifadə etmək inkişaf göstəricisidirsə bizə belə inkişaf lazım deyil. Azərbaycan mediasının təməli sağlam qoyulub”.
O bildirib ki, milli mətbuat bu gün Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və Azərbaycan dövlətinin maraqlarına xidmət edir. Ə.Həsənov vurğulayıb ki, qrant mediasının xaricdə oturan və Azərbaycan dövlətinə xəyanət edən nümayəndələri isə bəzi dairələr tərəfindən idarə olunurlar, milli maraqlara qarşı fəaliyyət göstərirlər.
O əlavə edib ki, dövlətin strateji maraqlarına qarşı çıxış edənlər Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözlərinin önünə gətirməlidirlər: “Yad ölkələrin parlamentləri qarşısında yad ifadələrlə çıxış edəndə bilsinlər ki, Azərbaycanda xalq və media dövlət siyasətini dəstəkləyir”.
MilliYol.Az
Digər xəbərlər
loading...