Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama yayıb
Axar.az xəbər verir ki, açıqlamada əməliyyatın başladığı gündən bu vaxtda qədər 649 terrorçunun məhv edildiyi bildirilib.
Bundan başqa, türk ordusuna məxsus təyyarələrin ötən gecə terrorçuların sığınacaq, silah anbarı və atəş nöqtəsi kimi istifadə etdikləri 3 hədəfi darmadağın etdikləri qeyd olunub.
TSQ əməliyyatların davam edəcəyini vurğulayıb.
Bu arada Burseya dağını, Racodakı 915-ci təpəni və Cinderesdə bir çox mövqeyi terrorçulardan azad edən türk ordusu Afrinin mərkəzinə 14 kilometrə qədər yaxınlaşıb.
“Yeni şəfəq” qəzeti Afrində yaşayan ərəb və kürd aşirət rəsmiləri ilə görüşüb. PKK tərəfindən şantaj edildiklərini deyən aşirət rəsmiləri Türkiyəyə dəstək verməyə hazır olduqlarını deyiblər: “PKK bizdən məcburi şəkildə pul və Türkiyəyə qarşı döyüşmək üçün əsgər istəyir. Əgər Türkiyə bizə dəstək versə, Afrini qorumaq üçün PKK-ya qarşı savaşmağa hazırıq. Terrorçular ardıcıl məğlubiyyətlərdən sonra bizi təhdid edərək, Afrini yandıracaqlarını deyirlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...