“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, ötən il gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1 mln. 599 min 205 ABŞ dolları aşkar olunub
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "Xalq" qəzetinə müsahibəsində deyib.
A.Əliyev əlavə edib ki, 2017-ci ildə Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 152685 avro, 5000 funt sterlinq, 22 mln. 241 min 884 rus rublu, 64 677 Azərbaycan manatı aşkar edilib.
Bundan başqa, nəzarət zamanı qanunvericiliyi pozan şəxslərdən 806 610 manat dəyərində 14073 qram qızıl, 239853 manat dəyərində 397 ədəd zinət əşyaları, 68398 manat dəyərində 49045 qram gümüş, 150346 manat dəyərində 185,12 karat qiymətli daşlar aşkar olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...