ABŞ Maliyyə Nazirliyi hazırladığı "Kreml hesabatı" adlı sanksiya sənədini Konqresə təqdim edib
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurlar, 96 nəfər isə dövlət şirkətlərinin rəhbərləri, o cümlədən iri oliqarxlardı.
Siyahıya Rusiyanın baş naziri Dimitri Medvedev, Nazirlər Kabinetinin üzləri - xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və və rabitə naziri Nikolay Nikiforov daxil edilib.
Siyahıda Rusiya Prezident Adminstrasiyasının rəhbəri Anton Vayno və dövlət başçısının köməkçisi Vladislav Surkov, habelə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da var.
MilliYol.Az
Digər xəbərlər
loading...