Prezident İlham Əliyev “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb
Sərəncamda qeyd edilir ki,
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864; 2016, № 4, maddələr 738, 750) 1-ci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri” sözləri ilə, “Elman Gərayzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hərbi və inzibati orqanlar şöbəsinin müdiri” sözləri “Qulu İmanquliyev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri” sözləri ilə, “Vaqif Eyvazov” sözləri “Cavanşir Alxasov” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Kimya Elmləri” sözlərindən əvvəl “vitse-prezidenti,” sözləri əlavə edilsin.
Digər xəbərlər
loading...