Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb
Dövlət başçısının digər sərəncamı ilə Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev, həmçinin Sabir Məmməd oğlu Ağabəyovun Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bundan başqa, Tofiq Əlövsət oğlu Abdullayevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Azərbaycan Prezidenti İbrahim Əsəd oğlu Hacıyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb. (azərtac)
Digər xəbərlər
loading...