“Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-nin bəzi verilişlərini xüsusi diqqətlə monitorinq edir”
Bunu “Report”un sorğusuna cavab olaraq MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, ARB-nin bəzi verilişlərinə monitorinqlər zamanı diqqəti xüsusilə artırılıb: “Bunlar əsasən şou verilişlərdir. Kanalın bəzi verilişlərində – “Boş anlar”, “Vüsaləylə sözbəsöz”, “Səhər-səhər”, “Şou məkan”, “Sayqa ilə bu axşam” və s. – baş verənlər cəmiyyətdə, sosial mediada geniş müzakirələrə, tənqidlərə səbəb olub”.
O qeyd edib ki, həmin verilişlərdə bəzi şou nümayəndələri özlərini həddən artıq sərbəst aparıb və aparıcılar da buna geniş şərait yaradıblar: “Ümumiyyətlə, bu yayım mövsümündə ARB-nin bir sıra şou verilişlərində narazılığa səbəb olan hallar artıb. Baş verənlərlə bağlı arayışlar tərtib edilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...