Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır
Bu barədə özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, Respublika Yanıq Mərkəzinə yerləşdirilən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 fazi yanıb. L.Bayramova xəstənin vəziyyətinin ağır olaraq qaldığını qeyd edib.
Qeyd edək ki, yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.
MilliYol.Az
Digər xəbərlər
loading...