Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslərdən ibarət dəstə hərbi akademiyaya hücum edib
“RİA Novosti”nin verdiyi xəbərə görə, hazırda atışma davam edir, ərazidə partlayışların eşidildiyi bildirillir. Rəsmi qurumlar ali hərbi təhsil müəssisəsinə terrror hücumunun törədildiyini təsdiqləyiblər.
Məlumata görə, terrorçular bu dəfə Marşal Fahim adına Milli Hərbi Universiteti hədəf seçiblər. Hazırda təhsil müəssisəsinə aparan bütün yollar bağlanılıb. Ölənl və yaralananlar barədə hələlik məlumat yoxdur.
***
Hərbi Akademiyaya hucum edən 3 nəfər öldürülüb, bir nəfər həbs edilib. Digər bir nəfər isə hələ də müqavimət göstərir.
Strateq.az “tolonews”-ə istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Dövlət Vəziri məlumat verib. Hucum səhər saat 5-də başlanıb. 5 terrorçu Akademiyaya hucum edib. Vəzirinin sözlərinə görə, təhlükəsizlik xidmətinin 2 əməkdaşı öldürülüb, 10 nəfəri yaralanıb.
***
Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
"RİA-Novosti"nin məlumatına görə, bu barədə Əfqanıstanın 1TV kanalı məlumat yayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...