Amerikalı alimlərin etdiyi araşdırma, "PIK3CA" geninin mutasiyaya (dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması) məruz qalmış halına sahib xəstələrdə aspirinin təsirli olduğu göstərib
"New England Journal of Medicine (NEJM)" jurnalında nümayiş olunan araşdırmaya 900-dən çox xərçəng xəstəsi qatılıb. 13 il davam edən araşdırmada, mutasiyaya sahib geni daşıyan və aspirin içən xəstələrdə xərçəngdən ölüm riskinin 82 faiz azaldığı vurğulanıb.
PIK3CA geninin mutasiyaya məruz qalmamış xəstələrdə isə aspirinin həyatda qalma şansına təsir etmədiyi ifadə edilib. Elm insanları, kolon və rektum xərçənginə tutulan xəstələrdən 20 faizinin bu mutasiyaya sahib olduğunu düşünür. Araşdırmanı aparan Dr. Suci Ogino, nəticələr ümid verici olsa da daha geniş diametrli araşdırmalara ehtiyac duyulduğunu söyləyib. (xezerxeber.com)
Digər xəbərlər
loading...