“Mən hesab etmirəm ki, ABŞ prezidenti Donald Tramp Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında uğura nail ola bilər”
Virtualaz.org xəbər verir ki, bu sözləri ABŞ-ın Özbəkistandakı və Ukraynadakı keçmiş səfiri, Vaşinqtondakı “Atlantic Counsil” analitik mərkəzinin Dina Patrisiya adına Avrasiya mərkəzinin direktoru Con Herbst Ermənistanın “1in.am” informasiya resursuna müsahibəsində deyib.
Diplomat xatırladıb ki, vaxtilə Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həllinə dair plana razılıq verəndə onu hakimiyyətdən devirdilər.
“Mən 20 il əvvəl Dövlət Departamentində belə məsələlər üzərində işləyəndə Ermənistanın prezidenti çox ciddi dövlət xadimi Ter-Petrosyan idi. Və mən fikirləşirəm ki, o doğrudan da sülh razılaşmasına nail olmaq istəyirdi, lakin İrəvandakı radikal qüvvələr və erməni diasporundakı radikallar ona Azərbaycanla həmin sülh razılaşmasını imzalamağa imkan vermədilər, məcbur etdilər ki, prezident postundan istefa versin. Mən düşünürəm ki, bu çox kədərli faktdır”-Con Herbst bildirib.
Nüfuzlu amerikalı diplomat deyib ki, Qarabağ məsələsinə dair həmin radikal mövqe üzündən ermənilər özlərinə olduqca xoşagəlməz güzəran yaradıblar və gələcəklərini məhdudlaşdırıblar.
Con Herbst ABŞ-ın münaqişənin nizamlanmasındakı rolunu da tənqid edib. “Mən hesab edirəm ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kifayət qədər diqqət ayırmayıblar. Təəcüblü deyil ki, Birləşmiş Ştatlar Rusiyanın bu məsələdə daha geniş rolunu tanıyır. Çünki Rusiya münaqişə edən tərəflərə real təsir imkanları olan yeganə ölkədir”-diplomat deyib.
Digər xəbərlər
loading...