“Türkiyə dünya ilə mübahisə şəraitindədir”
Axar.az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu söyləyib.
“Osmanlı batanda bir metr belə dəmiryolu yox idi. Osmanlının pulunu buraxacaq milli bankı belə mövcud deyildi. İndi təriflər yağdırırlar. Osmanlının silahı yox idi, ordularını başqaları idarə edirdi. Qazi Mustafa Kamal Atatürkün cümhuriyyəti hansı şəraitdə qurduğumuzu hamımız bilməliyik. Onun sayəsində 1930-cu ildə Mərkəzi Bank yarada bildik. Bu gerçəkləri hamımız bilməliyik. Keçmişini bilməyən gələcəyini sağlam qura bilməz.
Osmanlı dönəmində millətmi vardı? Cümhuriyyətin sayəsində bu oldu. Kimsə sarayın, padşahın köləsi olmadı. Hamımız müstəqil və bərabər şəxslər olduq. Cümhuriyyət olmasaydı, bəlkə belə bir toplantı belə gerçəkləşdirə bilməyəcəkdik.
Bu ölkənin ciddi problemləri var. Həm daxili, həm də xarici siyasətdə Türkiyə ilk dəfə bu qədər tək qadı. İlk dəfə dünya ilə mübahisə şəraitindəyik” – deyə o bildirib.
Digər xəbərlər
loading...