Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrin bölgəsində keçirdiyi "Zeytun Budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb
Bu barədə "Anadolu" agentlliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, gecə saatlarında 7 hərbi təyyarə PKK, PYD, YPQ və İŞİD-ə məxsus bir neçə sığınacağı, silah-sursat anbarını və atəş nöqtələrini məhv edib.
Bundan əlavə, PKK, PYD, YPQ və İŞİD-ə məxsus daha 37 terrorçu zərərsizləşdirilib. Beləliklə, hərbi əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 484 nəfərə çatıb. (musavat.com)
Digər xəbərlər
loading...