"Barselona" klubunun sabiq baş məşqçisi Luis Enrike "Çelsi"nin (İngiltərə) məşqçisi vəzifəsinə əsas namizəddir
MilliYol.Az report.az-a istinadən bildirir ki, bu barədə "The Mail on Sunday" nəşri yazıb.
Qeyd olunur ki, London klubu mövsümün sonunda italiyalı mütəxəssis Antonio Konte ilə iki illik əməkdaşlıqdan sonra yollarını ayırmağı planlaşdırır.
Nəşrin yazdığına görə, hazırda "Çelsi"də işsiz Enrikeyə üstünlük verilir. Çünki digər namizədlər Massimiliano Alleqri ("Yuventus") və Diyeqo Simeonenin ("Atletiko") öz komandaları ilə iki illik müqavilələri var ki, bu da onların "göylər"in məşqçilər qərargahına dəvət edilməsini çətinləşdirir.
Digər xəbərlər
loading...