BMT-nin baş katibi Antoniu Quterriş Kabildə törədilən terror aktını qınayıb
Trend-in məlumatına görə, bu barədə Quterrişin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Bu cür hücumlar insan haqqlarını kobud şəkildə pozur və heç vaxt bəraət qazana bilməz", deyə Düjarrik bildirib. Baş katib həmçinin həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Şənbə günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 95 nəfər həlak olub, daha 158 nəfər yaralanıb.
Digər xəbərlər
loading...