İranın qərbində Sepah ilə İŞİD-in 21 nəfərlik üzvü arasında atışma baş verib
APA-nın Tehran bürosunun məlumatına görə, atışma nəticəsində İŞİD qruplaşma üzvlərindən 16 nəfər həbs edilib.
İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) quru qoşunlarının “Nəcəf” qərargahının mətubat xidmətinin rəhbəri Məhəmməd Pakvər məlumat yayıb.
O bildirib ki, atışma bu gün günorta saatlarında baş verib, 16 terrorçu həbs edilib, bir neçə nəfər öldürülüb.
M. Pakvər bildirib ki, atışma Bamo bölgəsində baş verib. Sepahın "Nəcəf" briqadası qüvvələrindən 3 nəfər həlak olub, terrorçulardan iki nəfəri qaçmağa çalışıb, hazırda Sepah qüvvələri onları mühasirəyə alıb.
O qeyd edib ki, terrorçular ölkə daxilində və sərhəd bölgəsində terror aktları törətməyi planlaşdırıbmış.
Digər xəbərlər
loading...