Şənbə günü Çexiyada keçirilən prezident seçkilərinin II turunun ilkin nəticələrinə görə, Miloş Zeman yenidən ölkə rəhbəri seçilib
“Report” TASS-a istinadən xəbər verir ki, Çexiya Statistika İdarəsi tərəfindən səslərin 86,86 faizinin hesablanmasından sonra Zeman seçicilərin 52,94 faizinin səsini toplayıb.
Onun rəqibi – Çexiya Elmlər Akademiyasının sabiq rəhbəri İrji Draqoş səslərin 45,07 faizini toplamaqdadır.
Digər xəbərlər
loading...