"Mamelodi Sandauns"un hücumçusu Xama Billiat uğrunda "Qarabağ"la mübarizə aparan komandalardan biri geri addım atıb
MilliYol.Az apasport.az-a istinadən xəbər verir ki, söhbət "SuperSport Yunayted" klubundan gedir.
Komandanın baş məşqçisi Erik Tinkler yerli mətbuata açıqlamasında Billiatı alacaq güclərinin olmadığını söyləyib. O, Zimbabve millisinin forvardının transfer hədəfləri arasında olmadığını deyib: "Hazırda transferlərlə bağlı araşdırma aparırıq. Müqavilə bağlamağa yaxın oyunçular var, ancaq kim olduqlarını deyə bilmərəm. Yalnız ona əmin ola bilərsiniz ki, Billiat həmin oyunçular arasında yoxdu. Buna maddi imkanımız çatmır. Ən azı iki keyfiyyətli oyunçu gətirmək istəyirik. Ancaq yerli "bazar"da futbolçuların baha olmaları işimizi çətinləşdirir".
Qeyd edək ki, "Mamelodi Sandauns"la müqavilə müddəti yaya qədər olan Xama Billiat saytımıza müsahibəsində "Qarabağ"ın klubu ilə anlaşmasını gözlədiyini bildirib.
Digər xəbərlər
loading...