Bakının Nəsimi rayonunda partlayış baş vermiş yaşayış binasının sakinləri hazırda mənzillərinə buraxılmırlar
Bu barədə Trend-ə bina sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, onlara bir neçə gün qohumlarının evlərində qalmaq təklif olunub.
Sakinlər mənzillərinə binanın yaşamağa yararlı olub-olmaması ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra köçə biləcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarında Dilarə Əliyeva küçəsində 18-də çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Bina yanğından mühafizə olunub.
Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Digər xəbərlər
loading...