Çjeszyan əyalətində yerləşən universitet öz tələbələrinin çin dilində yazılmış inşalarını yoxlamaq üçün süni intellektdən istifadəyə başlayıb
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Süni intellekt çin dilində yazılmış inşanı yoxlamağa 40 saniyə vaxt sərf edir" - Çjeszyan Xarici Dillər Universitetinin çin dili üzrə professoru deyib.
Rusiya, Koreya Respublikası və Zambiya daxil olmaqla 6 ölkədən 11 tələbə yekun imtahan verib. Süni intellekt əsasında yaradılmış korrektor müxtəlif səhvləri dəqiq aşkar edib.
Süni intellekt əsasında yaradılmış korrektor Çinin "Alibaba" internet-nəhəngi tərəfindən hazırlanıb. Şirkətin məlumatına görə, yeni proqramın dəqiqliyi insan dəqiqliyinə çox yaxındır.
Digər xəbərlər
loading...