2010-cu ilin oktyabın 27-də avtomobil qəzasında faciəvi şəkildə həlak olan "Milli Yol" qəzətinin və "Poliqon" İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin doğum günüdür. Mərhum baş redaktor 42 yaşını doldurdu...
Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub.
1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.
2003-cü ildə "Milli Yol" qəzetini təsis edib və qəzetin baş yazarı olub. 2006-cı ildə "Poliqon" İnformasiya Agentliyini qurucub. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis edib.
Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu. Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.
Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 35 yaşını doldurmamışdı…
Allah rəhmət eləsin.
Digər xəbərlər
loading...