İllərdir efirlərə çıxmayan müğənni Samir Bağırov "V element"in qonağı olub
Axşam.az-ın məlumatına görə, bir vaxtlar Rusiya şou-biznesinə qatılan Samir oradan uzaqlaşmasından danışıb:
"Bəlkə də orada kimlər üçünsə rəqib idim. Amma oranı tərk etməyimin səbəbi bu deyildi. Səbəb... Onda mədəniyyət naziri Polad Bülbüloğlu idi və mənə deyirdi ki, "Moskva nəyinə lazımdır. Mən də Moskvadayam. Bura sənin nəyinə lazımdır? Öz vətənində birinci olmaq yaxşıdır, nəinki başqa yerdə... Onsuz da orada sənə irəli getməyə icazə verməyəcəklər". İqor Krutoy o vaxt Bülbüloğlunun qrupunda klavişli musiqi alətlərində onu müşayiət edirdi. İqor Krutoyun yanına qayıtmaq istəyirəm. Ona müraciət etməyəcəm. Amma beynimdə bir plan var".
Bağırov bildirib ki, ekstrasenslərə və falçılara çox inanır:
"Belə şeylərlə maraqlanıram. Moskvada olanda ekstrasenslə görüşdüm. Ona dedim ki, Tanrı mənə istedad verib. Heç kimə paxıllıq, pislik etmirəm. Bəs niyə sənətimin yollarını açmır.
Deyirlər ki, şou-biznes Tanrının işi deyil. Parlamaq istəyirsənsə, şeytana satılmalısan, iti dişin və caynaqların olmalıdır. Deyirəm, bəs mən elə deyiləmsə? Deyirlər, onda yanında elə biri olmalıdır. Çünki dünyanın heç bir ölkəsində birinci olan ulduzlar yaxşı insan ola bilməzlər. Onlar pozğunlar və alçaqlardır. Pozğun və alçaq olmasaydılar yüksəyə qalxmazdılar".
Digər xəbərlər
loading...