ABŞ hökuməti Moskvaya qarşı sanksiyaların genişləndirilməsi, Rusiya ilə iqtisadi və digər əlaqələri qırmağı düşünürsə, bu onların haqqıdır.
Rusiya tərəfi cavab vermək hüququnu özündə saxlayır.
Oxu.Az-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.
“Vaşinqtonda illüziyalardan xilas ola bilmirlər ki, Rusiyanı vizaların ləğvi, ticarət qadağaları ilə qorxutmaq, beynəlxalq arenada müstəqil kurs yeritmək və özünün milli maraqlarını qorumaqdan çəkindirmək qeyr-mümkündür. Mənasız sanksiyalar kampaniyası isə yalnız ABŞ biznesi üçün maliyyə itkisinə çevriləcək”, bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu gün ABŞ Maliyyə nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yeni məhdudlaşdırıcı tədbirlərin Ukraynadakı vəziyyətlə əlaqədar olduğu bildirilib.
Digər xəbərlər
loading...