İlkin ehtimala görə, “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisindəki partlayışa qaz sızması səbəb olub
Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.
“Ərazidə dünən qazıntı işləri aparılıb. Ehtimal edilir ki, qazıntı işləri zamanı MTK-ya gedən qaz kəmərinə toxunublar. Nəticədə qaz sızması baş verib və partlayış olub”.
O bildirib ki, hadisə nəticəsində ölən olmayıb, yalnız bir nəfər xəsarət alıb.
R. Əliyev əlavə edib ki, hadisə səhər saatlarında baş verib.
Ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb.
Digər xəbərlər
loading...