“Standard & Poor”s” (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqinə yenidən baxıb
Oxu.Az agentliyə istinadən xəbər verir ki, qurum Azərbaycanın emitent borc səviyyəsini “BB +” səviyyəsində təsdiqləyib.
Bununla da ölkənin kredit reytinqi “mənfi”dən “sabitə” dəyişdirilib.
Qeyd edək ki, “Moody`s” Azərbaycanın kredit reytinqini sonuncu dəfə “Ba2”, “sabit”, “Fitch`” isə BB + “mənfi” qiymətləndirib.
Ümumiyyətlə, kredit reytinqi suveren sərvət fondları, pensiya fondları və digər investorlar tərəfindən Azərbaycanın kredit ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunur. Bu reytinqlər ölkənin borc dəyərlərinə böyük təsir göstərir.
Nəzərə çatdıraq ki, “Standard & Poor`s” növbəti 4 ildə ölkədə ümumi daxili məhsulun üç faiz artımını proqnozlaşdırır.
Digər xəbərlər
loading...